Mülki silahı necə əldə etmək olar? Polisdən AÇIQLAMA


Digərləri 05 Ağu 2025 09:51:00 105 0

Mülki silahı necə əldə etmək olar? Polisdən AÇIQLAMA

Azərbaycanda 18 yaşına çatmış hər bir vətəndaş mülki silah əldə etmək hüququna malikdir. Bu hüquq qanunla təmin edilir və şəxsin müəyyən şərtləri ödəməsi şərti ilə tətbiq olunur.

Mülki silah nədir?

Mülki silah dedikdə özünümüdafiə, ov və idman məqsədləri üçün istifadə olunan silahlar nəzərdə tutulur. Özünümüdafiə silahı yalnız hücumu dəf etmək üçün nəzərdə tutulmuş, gözyaşardıcı, qıcıqlandırıcı və ya qısa müddətə sinir-iflicedici maddələrlə təchiz edilmiş tapança (revolver), mexaniki-püskürdücü və ya aerozol qurğulu qaz silahını ifadə edir. İdman silahı - idman yarışlarında istifadə üçün nəzərdə tutulmuş odlu, soyuq, o cümlədən soyuq atıcı və pnevmatik silahdır. Ov silahı isə vəhşi heyvanların və quşların ovlanması məqsədi ilə istifadə olunan yivli və ya yivsiz lüləli odlu, soyuq, o cümlədən soyuq atıcı və pnevmatik silahlar deməkdir.

Bəs, mülki silahı əldə etmək üçün nə etmək lazımdır? Kimlərə mülki silah verilə bilər?

Mövzu ilə bağlı Trend-in sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, mülki silahın əldə edilməsi ilə bağlı daxil olmuş müraciətlər kütləvi xarakter daşımır: