Dünya "tikan üstündə" Bölgədə dumanlar yüksəldi


Dünya 04 Ağu 2025 09:32:00 43 0

Dünya "tikan üstündə"  Bölgədə dumanlar yüksəldi

Rusiya Ukraynadakı Zaporijya Atom Elektrik Stansiyasının bir obyektini vurub, Ukrayna isə Soçidəki neft bazasına hücum edib.

Son.az yerli mətbuata istinadən xəbər verir ki, Rusiya Ukraynanın Zaporijya Atom Elektrik Stansiyasının dəstək obyektlərindən birini top atəşi və pilotsuz uçuş aparatları (PUA) ilə hədəfə alıb.

Hücum edilən ərazidən tüstülərin yüksəldiyi müşahidə olunub.

Beynəlxalq Atom Enerjisi Agentliyi (UAEA) hücum barədə məlumat verərək bildirib ki, stansiyanın rəhbərliyi agentliyin orada olan əməkdaşlarına obyektin səhər saat 09:00-dan etibarən hücuma məruz qaldığını bildirib. UAEA heyəti həmin vaxt ərazidə hərbi aktivliyi eşitdiyini təsdiqləyib.

Agentliyin açıqlamasına görə, zərbə endirilən obyekt atom elektrik stansiyasından təxminən 1200 metr məsafədə yerləşir və oradan tüstülərin yüksəldiyi müşahidə olunub.

UAEA-nın Baş direktoru Rafael Mariano Qrossi bildirib:

"Nüvə stansiyası yaxınlığında baş verən istənilən hücum - məqsədindən asılı olmayaraq - nüvə təhlükəsizliyi üçün potensial risk yaradır və qarşısı alınmalıdır. Bir daha çağırış edirəm: nüvə obyektləri yaxınlığında hərbi qüvvələr maksimum təmkin göstərməlidir ki, nüvə qəzası riski yaranmasın".

Qeyd olunub ki, hücum nəticəsində stansiyada hər hansı radiasiya sızması qeydə alınmayıb.