"İsrail Qəzzanı tam ələ keçirməlidir"


Dünya 03 Ağu 2025 18:45:00 75 0

"İsrail Qəzzanı tam ələ keçirməlidir"

İsrail Qəzzanı tam ələ keçirməlidir.

Son.az axar.az-a istinadla xəbər verir ki, bunu İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Qüdsdə çıxışında deyib.

"Biz bir siqnal göndərməliyik: bütün Qəzzanı ələ keçirməli, İsrailin bütün zolaq üzərində suverenliyini elan etməli, HƏMAS-ın hər bir üzvünü məhv etməli və fələstinlilərin Qəzzadan könüllü mühacirətinə yardım etməliyik. Bu, girovları geri qaytarmağın və müharibədə qalib gəlməyin yeganə yoludur", - nazir bildirib.