Tramp Rusiyanı yenidən sanksiyalarla hədələdi


Dünya 02 Ağu 2025 21:45:00 56 0

Tramp Rusiyanı yenidən sanksiyalarla hədələdi

Tramp Rusiyaya yenidən sanksiyalarla hədələyib.

Son.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında münaqişənin nizamlanmasında irəliləyiş əldə olunmazsa, yeni sanksiyalar tətbiq ediləcəyi ilə təhdid edib.

Bu barədə "İnterfaks" məlumat yayıb.

Trampın sözlərinə görə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında o, müharibənin dəhşətli olduğunu və tezliklə başa çatmalı olduğunu bildirib: "Düşünürdüm ki, biz bu barədə üç dəfə razılaşmışıq. Ola bilsin, o, hər şeyi öz üzərinə götürmək istəyir. Məncə, bu, onun üçün çox çətin olacaq".