Qəzzada 169 nəfər aclıqdan öldü


Dünya 02 Ağu 2025 22:00:00 59 0

Qəzzada 169 nəfər aclıqdan öldü

Qəzzada aclıqdan ölənlərin sayı 150-ni keçib.

Son.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi Qəzza zolağında aclıq səbəbindən həyatını itirənlərin sayının 169 nəfərə çatdığını açıqlayıb. Onlardan 93-nün uşaq olduğu bildirilib.

Nazirliyin məlumatına görə son 24 saat ərzində daha 7 nəfər qidalanma çatışmazlığından dünyasını dəyişib.

Ölüm halları əsasən uzunmüddətli blokada və ərzaq çatışmazlığı ilə əlaqələndirilir.