Ərinin ona xəyanət etdiyini evdəki tərəzidən öyrəndi


Dünya 02 Ağu 2025 17:56:00 76 0

Ərinin ona xəyanət etdiyini evdəki tərəzidən öyrəndi

ABŞ-də yaşayan qadın xəyanətə uğradığını tərəzi sayəsində öyrənib.

Son.az xarici KİV-ə istinadla xəbər verir ki, qadın bu barədə "reddit" platformasında paylaşım edib.

Belə ki, evdə daim işlətdiyi ağıllı tərəzidən qadının mobil telefonuna bildiriş gedib.

Bildirişdə isə kim olduğu qeyd edilməyən bir nəfərin çəkisinin 55 kq (120 ibs) olması barədə məlumatlar yer alıb. 

Qadın sözügedən rəqəmin onun çəkisi olmadığını, həyat yoldaşının isə 86 kq olduğunu bildirib. O, həmçinin bildiriş gəldiyi gün və saatda ümumiyyətdlə həmin evdə olmadığını deyib.