İnsan sevəndə beyni zəifləyirmiş Alimlər açıqladı
Digərləri 29 Tem 2025 21:00:00 80 0
Sevgi asılılığı beynin fəaliyyətinə mənfi təsir edir.
Bu haberi de oku: Qulaq çöpündən istifadə etməyin Həkim xəbərdarlıq etdi
Son.az xəbər verir ki, bunu İtaliyalı alimlər araşdırıblar. Araşdırmanın nəticələri "Behavioural Brain Research" jurnalında dərc olunub.
Belə ki, sevgi insanın yalnız ruhunu yox, eyni zamanda beyin fəaliyyətini də sarsıda bilər.
Sevgi asılılığı simptomları olan insanlar unutqanlıqdan, gündəlik işlərdə səhvlər etməklə bağlı şikayətlər edirlər. Ən çox narahatlıq və depressiya yaşayanlarda isə bu təsirlər daha kəskin olur.
Sosial şəbəkələr də bu asılılığın güclənməsində böyük rol oynayır. Onların çox istifadəsi insanı daha emosional edir, münasibətlərə qarşı real olmayan gözləntilər yaradır.
Alimlər vurğulayırlar ki, sevgi asılılığını sadəcə bir "moda xəstəliyi" kimi qiymətləndirməmək lazımdır. Bu, ciddi bir davranış pozuntusudur və mütəxəssis yardımı tələb edir. Problemi vaxtında tanımaq və yardım almaq üçün maarifləndirməyə ehtiyac var.
İsmayıl Son.az