Lənkəranda təcili tibbi yardım avtomobili qəzaya uğradı


Digərləri 28 Tem 2025 22:14:00 91 0

Lənkəranda təcili tibbi yardım avtomobili qəzaya uğradı

Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının rayonun Velədi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Lənkəran rayonunun Səpnəkəran kəndinə çağrışa gedən təcili tibbi yardım avtomobili "Hyundai Santa Fe" markalı maşınla toqquşub.

Faktla bağlı araşdırma aparılır. Son.az