Azərbaycanda bu şəxslərə 22 min manatadək pul veriləcək SİYAHI


Digərləri 28 Tem 2025 15:05:00 93 0

Azərbaycanda bu şəxslərə 22 min manatadək pul veriləcək  SİYAHI

Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) yeni ekran əsərləri ilə bağlı bir sıra kinostudiya şirkətləri ilə yeni müqavilələr bağlayıb.

Son.az xəbər verir ki, iqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, ARKA ilə ümumilikdə 5 studiya arasında 6 filmlə bağlı müqavilələr imzalanıb.

Agentlik "Molla Nəsrəddin" və "Əbədi xatirə (Qu sədaqəti)" qısametrajlı animasiya filminin post-prodakşn işlərinin tamamlanması və film üzrə hüquqların qismən satınalınması ilə bağlı "Birlik Kinostudiyası" ilə müqavilə bağlayıb. Müqavilənin dəyəri isə 21 630 manat müəyyənləşib. Məlumat üçün bildirək ki, bu studiyanın rəhbəri tanınmış kino rəssamı, animasiya rejissoru, Azərbaycanın əməkdar incəsənət xadimi Firəngiz Qurbanovadır.

Bundan əlavə, Agentlik "Ad günü şamları" tammetrajlı sənədli filminin post-prodakşn işlərinin tamamlanması və film üzrə hüquqların qismən satınalınması ilə bağlı "Buta film" şirkəti ilə 17 325 manat dəyərində müqavilə bağlayıb. Bu studiyanın rəhbəri quruluşçu operator Tural Əhmədsoydur.

Eyni zamanda ARKA ilə "Chinar Film" studiyası arasında isə 14 753 manatlıq müqavilə imzalanıb. Bu müqavilədə "Açıq məktub" qısametrajlı bədii filminin post-prodakşn işlərinin tamamlanması və film üzrə hüquqların qismən satınalınması nəzərdə tutulur. Bu studiyanın rəhbəri Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, rejissor və prodüsser Türkan Hüseynovadır.