Bakıda 105 yaşlı universitetin adı dəyişdirilir


Digərləri 28 Tem 2025 21:44:00 67 0

Bakıda 105 yaşlı universitetin adı dəyişdirilir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizov AzEdu.Az Təhsil Portalına geniş müsahibə verib.

O, bu ilin fevral ayında ADNSU-nun rektoru təyin edilib. 45 yaşlı rektor daha əvvəl 2021-2023-cü illərdə Təhsil İnstitutuna, 2023-2025-ci illərdə isə Sumqayıt Dövlət Universitetinə rəhbərlik edib.

Rüfət Əzizov müsahibədə ADNSU-da təhsilin keyfiyyəti, rəqəmsal transformasiya, beynəlxalq reytinqlər və gələcək hədəflərdən danışıb.

Son.az müsahibədən bir hissəni təqdim edir:

- Universitetin adı 105 ildə bir neçə dəfə dəyişib. Kimisi AZİ deyir, kimisi ADNA, kimisi ADNSU. Siz necə düşünürsünüz, ADNSU adı ilə bağlı rebrendinqə ehtiyac varmı?