"Bu orqanlarda xərçəng səssiz inkişaf edir"
Digərləri 28 Tem 2025 19:00:00 66 0
Bəzi orqanlarda xərçəng səssiz inkişaf edir.
Bu haberi de oku: Şəhidin son əmanəti illər sonra ailəsinə təhvil verildi
Son.az bildirir ki, bu barədə onkoloq Yevgeni Çeremuşkin xəbərdarlıq edib.
O, bəzi orqanlarda şişlərin simptomsuz və uzun müddət gizli inkişaf etdiyini bildirib. O deyib ki, dəri üzərində yaranan yaralar və düyünlər asanlıqla görünə bilir, lakin qaraciyər, mədəaltı vəzi və böyrək kimi dərin orqanlarda xərçəng pasiyent tərəfindən uzun müddət hiss olunmaya bilər.
Çeremuşkin əlavə edib ki, bu hal beyin şişlərinə də aiddir - ilkin mərhələlərdə heç bir əlamət görünməyə bilər. Vaxtında diaqnoz qoyulması üçün o, hər kəsə mütəmadi tibbi müayinələrdən keçməyi, sidik və qan analizləri verməyi, USM, MRT müayinələri etdirməyi tövsiyə edib. Onun sözlərinə görə xəstəlik tarixçəsinin dəqiq aparılması və mümkün risklərin izlənməsi vacibdir. Onkoloq nümunə olaraq ağciyər xərçəngi riski yüksək olan şaxtaçıları göstərib.