“Aeroflot”un sisteminin çökməsi Bakı aeroportunun işinə təsir etməyib AÇIQLAMA


Digərləri 28 Tem 2025 19:09:00 96 0

“Aeroflot”un sisteminin çökməsi Bakı aeroportunun işinə təsir etməyib  AÇIQLAMA

Rusiyanın "Aeroflot" hava yolları şirkətinin informasiya sistemində baş verən xətaya görə reyslərini təxirə salması Heydər Əliyev Beynəlxalq Aeroportunun fəaliyyətinə heç bir təsir göstərməyib.

Bu barədə Son.az-ın sorğusuna cavab olaraq Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

"Aviaşirkətin bütün reysləri qrafik və ya proseslərdə dəyişiklik edilmədən adi rejimdə qəbul edilir və onlara xidmət göstərilir", - hava limanından bildirilib.