Əvvəllər raket sınaqları aparılırdı, indi kurort kompleksidir FOTO
Digərləri 28 Tem 2025 18:12:00 72 0
Şimali Koreyada əvvəllər raket sınaqlarının aparıldığı ərazidə kurort kompleksi yaradılıb.
Bu haberi de oku: Tezliklə varlanacaq BÜRCLƏR: Onlar böyük pul qazanacaq
Son.az xəbər verir ki, Vonsan-Kalma ilk turistləri qəbul edib. Keçmişdə raket sınaqlarının aparıldığı ərazidə inşa edilən bu kurort kompleksi artıq rus turistlərə xidmət göstərməyə başlayıb.
Yeni kurort kompleksi Yaponiya dənizi sahilində yerləşir və süni ağ qumlarla örtülmüş sahil xəttinə malikdir. Kompleks şəxsən Şimali Koreya lideri Kim Çen In tərəfindən açılıb. Turpaketlər əsasən Rusiyadan gələn qonaqlara yönəlib.
Turistlər ərazidə telefonların izlənməsi və dinlənməsi ehtimalının yüksək olduğunu hiss etdiklərini bildiriblər. Veterinar terapevti olan Dariya qeyd edib: "Böyük ehtimalla bizi dinləyirdilər, amma narahat olmadıq. Çünki gizlədəcəyimiz nə isə yox idi".
Oraya getmək istəyən rusiyalı turistlər əvvəlcə Vladivostoka getməli, oradan Pxenyana uçmalıdırlar.
Son.az fotoları təqdim edir:
İsmayıl Son.az