Qızıl bazarında bahalaşma: Külçə və sikkəyə tələbat artıb
Digərləri 28 Tem 2025 17:32:00 91 0
Dünya qızıl bazarında qiymətlərin bahalaşması təbii olaraq Azərbaycan zərgərlik məmulatları bazarına da təsirsiz ötüşmür. Bu vəziyyət həm qiymətli metal qiymətlərinin, həm də onlardan hazırlanmış zərgərlik məmulatlarının satış qiymətlərinin artmasına səbəb olub.
Bu haberi de oku: Pirşağı çimərliyində təhlükəli anlar istirahətə gələnlər qorxuya düşdü
Son.az xəbər verir ki, mövzu ilə bağlı Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədr müavini Rövşən Əmircanov Modern.az-a açıqlamasında deyib ki, hazırda ölkəmizdə 585, 750 və 999.9 əyarlı qızılın satış qiymətləri müvafiq olaraq yüksəlib.
O bildirib ki, ilin əvvəlindən etibarən dünya birjalarında müşahidə olunan bahalaşma fonunda yerli bazarda da müxtəlif əyarlı qızılların satış qiymətlərində təxminən 30%-lik artım qeydə alınıb.
"Bazarda xüsusilə 999.9 əyarlı sikkə və külçələrə olan tələbat getdikcə artır. Bunun əsas səbəbi, bu əyarlı məhsulların daha çox investisiya vasitəsi kimi qəbul edilməsidir. Üstəlik, 999.9 əyarlı sikkə və külçələrin satışı zamanı 585 və 750 əyarlı zərgərlik məmulatları ilə müqayisədə itki faizi minimal olur".
O həmçinin qeyd edib ki, "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən yerli qızıl xammalından istehsal edilən 999.9 əyarlı qızıl sikkə və külçələr yerli bazara təqdim olunur:
"Dövlət şirkətinin satış mərkəzində bu məhsullar dünya birjalarındakı cari qiymətlərə uyğun olaraq minimal marja ilə satışa çıxarılır. Eyni zamanda həmin mərkəzdə bu məhsulların geri alınması - yəni mübadiləsi də təmin edilir".