"Toyu olacaqdı, bəylik kostyumu evdə qaldı" Məsciddə öldürülən gənclə bağlı TƏFƏRRÜATLAR
Digərləri 28 Tem 2025 15:00:00 103 0
Xəbər verdiyimiz kimi, iyulun 26-na keçən gecə paytaxtın Bülbülə qəsəbəsində yerləşən İmam Məhəmməd Sadiq İmamzadə məscidində qətl törədilib.
Bu haberi de oku: DTX imtahan şəbəkəsini ifşa etdi Saxlanılanlar var
Son.az RTV-yə istinadən xəbər verir ki, gecə saat 05 radələrində 1990-cı il təvəllüdlü Nadir Səfərov məscidin namaz otağında yatdığı yerdə qətlə yetirilib. 32 bıçaq xəsarəti alan şəxs hadisə yerində ölüb.
Keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Elvin Məmmədov polis tərəfindən saxlanılıb.
Kaynak: milli.az