Yatmazdan əvvəl çiyələk yeyəndə görün nə olur Elə yuxular görürük ki...


Digərləri 28 Tem 2025 03:03:00 78 0

Yatmazdan əvvəl çiyələk yeyəndə görün nə olur  Elə yuxular görürük ki...

Otaqdakı qoxu, bağırsaq narahatlığı, yatış forması və yatmazdan əvvəl qəbul edilən qidalar yuxunun keyfiyyətinə və məzmununa təsir edir.

Son.az haberler-ə istinadla bildirilir ki, bu barədə araşdırma Almaniyada aparılıb.

Məlum olub ki, xoş qoxulu otaqda yatanlar daha sakit və müsbət, pis qoxulu şəraitdə yatanlar isə qorxulu yuxular görə bilər. Tox yatmaq da narahatedici yuxularla nəticələnə bilər.

Maraqlı məqam isə erotik yuxularla bağlıdır. Alimlər bildirir ki, bu cür yuxular daha çox üzüaşağı vəziyyətdə yatarkən görülür. Bu, nəfəsalma tərzindəki dəyişikliklə əlaqələndirilir.