Bu şəxslər daha tez ölür Araşdırma


Digərləri 28 Tem 2025 00:45:00 87 0

Bu şəxslər daha tez ölür  Araşdırma

Alimlər müəyyənləşdirib ki, yaxınının ölümünə həddən çox pis olan insanlar daha tez ölür.

Son.az xəbər verir ki, Danimarkanın Orhus Universitetinin alimləri yası ağır formada keçirən insanların sonrakı on il ərzində vaxtsız ölüm riskinin iki dəfə artdığını müəyyən ediblər.

"Frontiers in Public Health" (FPH) jurnalında dərc olunan araşdırmaya 1735 nəfər cəlb olunub. İştirakçıların orta yaşı 63 olub və hamısı yaxın qohumlarını itirmiş şəxslərdir.

Tədqiqatçılar "PGD-13" adlı sorğu vasitəsilə iştirakçıların kədərə qarşı həssaslığını ölçüblər. Nəticələrə görə, dərin və uzunmüddətli yas keçirənlər növbəti on ildə digərlərinə nisbətən iki dəfə daha çox ölüm riski ilə üzləşir.

Aparıcı tədqiqatçı Dr. Mette Kjaergaard Nielsen bildirib ki, əvvəllər ağır kədərin ürək-damar xəstəlikləri, psixi pozuntular ilə əlaqəli olduğu sübut olunmuşdu. Yeni nəticələr isə bu əlaqənin daha ciddi nəticələrə yol aça biləcəyini göstərir.