Həkim insult riskini azaltmağın yollarını açıqladı
Digərləri 27 Tem 2025 22:00:00 67 0
Həkim ürək tutması və insult riskini azaltmağın yollarını açıqlayıb.
Bu haberi de oku: “Bir ölər, min dirilərik” Polad Həşimovun adaşı dünyaya gəldi
Son.az xəbər verir ki, gənc yaşda infarkt və insult riskini azaltmaq üçün ürək-damar sağlamlığına daha ilk simptomlar ortaya çıxmadan diqqət yetirmək lazımdır. Bu barədə endovaskulyar cərrah Aşot Qriqoryan "Channel Five"a danışıb.
Həkimin sözlərinə görə ürək-damar sisteminə təsir edən bir çox amil insanın öz nəzarəti altındadır. O, ilk növbədə qidalanma rejiminə baxış keçirməyi, tez həzm olunan karbohidratları və yağlı heyvani məhsulları azaltmağı tövsiyə edib.
Qriqoryan ikinci vacib addım kimi yuxunun yaxşılaşdırılmasını, iş və istirahət rejiminin sabitləşdirilməsini, stresin azaldılmasını və ümumilikdə həyat ritminin tənzimlənməsini göstərib. Həkim qeyd edib ki, bu tövsiyələr xüsusilə damar problemlərindən şübhələnən şəxslər üçün önəmlidir.