“Anamın ağrılardan canı qurtardı”


Digərləri 27 Tem 2025 19:25:00 67 0

“Anamın ağrılardan canı qurtardı”

"Son zamanlar anamın səhhətində narahatçılıqlar var idi".

Bunu APA-ya açıqlamasında Dursun Qasımovanın oğlu, Milli Qəhrəman Natiq Qasımovun qardaşı Nofəl Qasımov bildirib.

O qeyd edib ki, anası çox əziyyət çəkirdi:

"Bu gün saat 18 radələrində anam rəhmətə getdi. Son vaxtlar ayaqları tutulmuşdu, hər gün vəziyyəti daha da ağırlaşırdı. Ayaqlarına qan getmirdi, yataqda yatırdı. Çox əziyyət çəkirdi, dedilər ayaqlarının ikisi də kəsilməlidir. Sonra həkimlər amputasiyanı da məsləhət görmədi. Bildirdilər ki, yaşı çoxdur ağrılara dözə bilməz".

Nofəl Qasımov onu da bildirib ki, anası son günlər sözün əsl mənasında çox əziyyət çəkib: "Ağrılardan canını qurtardı, o qədər zülm çəkdi danışılacaq bir vəziyyət deyil".