Maşınlar bu tarixdən bahalaşacaq
Digərləri 27 Tem 2025 20:50:00 69 0
Maşın bazarında alıcı yoxdur.
Bu haberi de oku: Günün qoroskopu: Gizli qalan mövzular üzə çıxa bilər
Son.az xəbər verir ki, bu gün də avtomobil bazarında durğunluq var idi.
Satıcılar bildirir ki, maşını almaq üçün yaxınlaşanların çoxu "alverçilər"dir. Onlar da malın dəyərini öldürüb ucuz qiymətə alıb, baha satırlar.
"Əlimyandı"da aldığım maşınla heç 100 km sürə bilmədim, maşın tüstülədi" 46 km sürülmüş Çin maşınında problem çıxdı - VİDEO Azərbaycanda bu avtomobillər 12 min manat UCUZLAŞIBAvtomobilini satışa çıxaran Azər adlı şəxs bildirib ki, bir müddətdir maşınını sata bilmir.
"Əvvəl elə bilirdim ki, Çin avtomobillərinə görə bazar ölüb. Sonra gördüm ki, yox, hələ bizim ölkədə Çin maşınlarına qarşı aqressiya var. Bu sosial şəbəkələrdəki "əlimyandı" elanları "bazarı təmiz öldürüb".
Başqa bir satıcı isə alıcıların azlığını hər kəsin rahatlıqla ölkəyə maşın gətirtməsi ilə əlaqələndirib.
"Maşın gətirmək hər kəs üçün əlçatan olub. Seçim o qədər çoxdur ki, burada satılan maşınlara maraq azalıb. Halbuki, xaricdən gətirilən maşınla burada satılan arasında ciddi qiymət fərqi yoxdur".
Ekspertlər isə avtomobil bazarındakı durğunluğun müvəqqəti olduğunu bildiriblər. Maşınlara tələbat əsasən yayın əvvəli və yayın sonu, sentyabrın əvvəli yaranır. Onlar düşünür ki, gələn ayın sonlarından etibarən maşınlar yenidən bahalaşacaq.
Ekspertlərin fikrincə bahalaşma əsasən yeni hibrid avtomobillərdə, "Mercedes", "BMW", "Lexus" kimi premium markalarda olacaq. Çin avtomobilləri və mühərrik həcmi 3 litrdən yuxarı olan avtomobillər isə ucuzlaşacaq.
Mütəxəssislər həmçinin bildirib ki, sosial şəbəkələrdə dəyərindən çox ucuz qiymətə satışa çıxarılan maşın elanlarına aldanmasınlar.
İsmayıl Son.az