“Bir ölər, min dirilərik” Polad Həşimovun adaşı dünyaya gəldi


Digərləri 27 Tem 2025 12:34:00 87 0

“Bir ölər, min dirilərik”  Polad Həşimovun adaşı dünyaya gəldi

Sosial şəbəkələrdə yayılan bir doğum haqqında şəhadətnamənin görüntüsü geniş marağa səbəb olub.

Son.az-ın məlumatına görə, sənədi diqqətəlayiq edən əsas məqam yeni doğulan körpəyə verilən adla bağlıdır. Belə ki, bu ilin 23 iyun tarixində dünyaya göz açan körpəyə "Həşimov Polad" adı verilib.

Uşağın adı Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovla eynilik təşkil edir. Bu təsadüf ictimaiyyət arasında duyğulu reaksiyalar yaradıb, bir çoxları sosial mediada eyni ifadəni bölüşüb: "Bir ölər, min dirilərik!"

Xatırladaq ki, Polad İsrayıl oğlu Həşimov 2020-ci il iyulun 14-də Tovuz döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb.

Kənan Son.az