Pişiyin cırmaqladığı qız iflic oldu
Digərləri 28 Tem 2025 08:08:00 92 0
ABŞ-nin Miçiqan Universitetinin nevroloqu Dr. Baibing Çen pişik cırmaqları ilə bağlı az bilinən, lakin ciddi nəticələrə yol aça biləcək sağlamlıq risklərinə diqqət çəkib.
Bu haberi de oku: Bilgəhdə dənizdə bir nəfər batdı
Son.az xəbər verir ki, mütəxəssis pişik cırmağı, dişləməsi və hətta yaralı nahiyənin yalanmasının bəzi hallarda insanlarda sinir sisteminə təsir edən infeksiyalara səbəb ola biləcəyini bildirib. Bu, xüsusilə uşaqlar və immun sistemi zəif olan şəxslər üçün təhlükəlidir.
Dr. Çen bir yeniyetmənin şiddətli baş ağrısı, görmə pozuntusu və hərəkət çətinliyi ilə xəstəxanaya yerləşdirildiyini, səbəb kimi isə pişik cırmağından yaranan bakterial infeksiya olduğunu açıqlayıb.
Mütəxəssislər bildirir ki, belə hallarda limfa düyünlərinin şişməsi, qızdırma və yorğunluq müşahidə olunur. Nadir hallarda isə infeksiya beyinə, ürəyə və digər həyati orqanlara yayılır.