Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb


Digərləri 27 Tem 2025 15:04:00 55 0

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb

İyulun 28-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Bu haberi de oku: Soyuq duşun faydaları

Bu barədə Son.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək.

Dəniz suyunun temperaturu:

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.