Xocavənd, Şuşa və Xocalıda dağlıq ərazidə baş vermiş yanğınlar söndürülüb


Digərləri 27 Tem 2025 14:00:00 84 0

Xocavənd, Şuşa və Xocalıda dağlıq ərazidə baş vermiş yanğınlar söndürülüb

Xocavənd rayonun Yenikənd, Şuşa rayonunun Böyük Qaladərəsi və Xocalı rayonunun Aşağı Yemişcan kəndləri istiqamətində dağlıq ərazidə baş vermiş yanğınlar mürəkkəbliyinə baxmayaraq, Fövqəladə Hallar Nazirliyi yanğın-xilasetmə qüvvələrinin yüksək peşəkarlığı və əməkdaşların xüsusi fədakarlığı sayəsində tam söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a bildirilib ki, hazırda Ağdərə rayonunun Talış və Goranboy rayonunun Tapqaraqoyunlu kəndlərində yanğınla mübarizə tədbirləri intensiv şəkildə fasiləsiz olaraq davam etdirilir.

Əlavə məlumat veriləcək.


Habere ait video