Robot döyüşçülər əsri başladı Türkiyə raket atan robot itini təqdim etdi


Dünya 27 Tem 2025 09:26:00 122 0

Robot döyüşçülər əsri başladı  Türkiyə raket atan robot itini təqdim etdi

Türkiyənin "Roketsan" şirkəti tərəfindən istehsal edilən ilk raket atan robot iti olan KOZ təqdim edilib.

Son.az yerli mətbuata istinadən xəbər verir ki, KOZ robot iti canlı yayımda tanıdılıb.

KOZ-un xüsusiyyətlərini bölüşən "Roketsan" şirkətinin yenilklər üzrə direktoru Dr. Emel Mehmet Yazıcıoğlu dünyada bu qədər kiçik ölçüdə idarəolunan silahın olmadığını bildirib.

"4 ədəd raketi var, bunlar çox kiçik çaplı, idarəolunan və axtarıcı başlıqlı raketlərdir. Bu səbəbdən də olduqca iddialı olduğumuz bir silahdır. Dünyada bu qədər kiçik ölçüdə idarəolunan və axtarıcı başlıqlı sistemi yerləşdirmək baxımından olduqca iddialıyıq. Raketlərin adı Metedir. Tamamilə uzaqdan idarə olunur. Əvvəlcə ətrafı müşahidə edir, xeyli məsafəyə qədər irəliləyə bilir. Təhlükəli bölgələrə daha çox daxil olur. Hədəfi tapıb ekranda göstərir, işarələyir və sonra raketi atır. Enişli-yoxuşlu ərazilərdə, təhlükəli bölgələrdə rahat hərəkət edir. Rampa ilə enib-çıxa, dırmaşa və pilləkənlə yuxarı çıxa bilir. Ən önəmlisi isə olduqca dayanıqlıdır. Yıxılsa belə, qalxa bilir, lakin asanlıqla yıxılmır. Dünyada bu, raket anlamında bir ilkdir. Bu qədər kiçik ölçüdə raketin bu sistemə inteqrasiya olunması dünyada bir ilkdir. Ən əhəmiyyətlisi isə onun öz-özünə atəş aça bilməsidir", deyə o, vurğulayıb.

"Son dərəcə qürurvericidir"

Türk Hərbi Dəniz Qüvvələrinin tanınmış sabiq vitse-admiralı, akademik, strateq və "Mavi Vətən" doktrinasının aparıcı müəlliflərindən biri olan professor Dr. Cihat Yaycı isə fikirlərini belə izah edib: