Bakıda uşaq bağçasında nöqsanlar aşkarlandı Müdiri işdən çıxarıldı
Digərləri 24 Tem 2025 14:01:00 65 0
202 nömrəli körpələr evi-uşaq bağçasında Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən monitorinq aparılıb.
Bu haberi de oku: İstehlak kreditləri üzrə orta faiz dərəcələri nə qədərdir?
İdarədən Trend-ə bildirilib ki, monitorinq zamanı müəssisədə bir sıra ciddi nöqsanlar (qeydiyyatdan kənar uşaqların olması, normadan artıq qida sifarişi, maliyyə-təsərrüfat qaydalarının və əmək qanunvericiliyinin kobud şəkildə pozulması) aşkar edilib.
"Araşdırmanın nəticələrinə uyğun olaraq, 23 iyul 2025-ci il tarixində 202 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Paşayeva Simuzər Əlimirzə qızı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən ləğv edilib.
Təhsil müəssisələrində aparılan monitorinqlər davamlı xarakter daşıyır və aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin edilir.