Magistraturaya qəbul olmaq istəyənlərin nəzərinə Bu tarixdən


Digərləri 23 Tem 2025 16:10:00 76 0

Magistraturaya qəbul olmaq istəyənlərin nəzərinə  Bu tarixdən

24 iyul saat 15:00-dan etibarən ali təhsil pilləsinin magistratura səviyyəsinə sənəd qəbulu prosesinə start veriləcək.

Son.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat yayıb.

Müraciətçilər https://portal.edu.az/ üzərindən qeydiyyatdan keçməklə "Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Qeyd edək ki, elektron sistem üzrə qeydiyyat 1 avqust saat 18:00-da yekunlaşacaq.