Azərbaycanda kafeyə hücum edildi qadın ölümlə hədələndi
Digərləri 23 Tem 2025 16:20:00 86 0
Balakən rayonunda yerləşən obyektlərin birində gecə saatlarında quldurluq hadisəsi qeydə alınıb. Kəsici alətlə kafeyə daxil olan naməlum şəxs qadın icarədardan kassada olan pulları tələb edib və verməyəcəyi təqdirdə onu ölümlə hədələyib.
Bu haberi de oku: Azərbaycanın bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılıb
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Son.az-a verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə təqsirli bilinən 29 yaşlı Ramazan Ramazanov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə R.Ramazanov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Kaynak: milli.az