Oktyabrın sonunadək bütün banklarda QRla ödəniş tətbiq ediləcək


Digərləri 23 Tem 2025 12:43:00 84 0

Oktyabrın sonunadək bütün banklarda QRla ödəniş tətbiq ediləcək

Bu ilin oktyabr ayının sonunadək bütün banklarda QR-la ödəniş tətbiq ediləcək.

Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında deyib.

"Hazırda böyük layihələrimizdən biri ictimai nəqliyyatda bütün bank kartlarından ödənişlərin QR formada həyata keçirilməsidir", - o qeyd edib.