Qalmaqallı meneceri yarı yolda qoyanlardan biri də o oldu
Şou-biznes 21 Tem 2025 21:30:00 80 0
Türkiyəli aktrisa Pınar Deniz meneceri Ayşe Barımın sahibi olduğu "İD Consultancy" agentliyi ilə müqaviləsini ləğv edib.
Bu haberi de oku: Aysunun sevgilisi var?
Son.az yerli mətbuata istinadən xəbər verir ki, Pınar Deniz sosial media hesabında şirkəti izləmədən çıxarıb və artıq başqa bir agentliklə əməkdaşlıq etməyə razılaşıb.
Qeyd edək ki, Ayşe Barım yanvarın 27-dən etibarən həbsdədir. Ondan əvvəl məşhur cütlük Hazal Kaya və Ali Atay da Barımla müqavilələrini dayandırmışdı.
Kaynak: milli.az