Avropa Xəbər Agentlikləri Alyansının rəhbəri: Trend BİA dünya miqyasında müstəsna etimad qazanıb


Digərləri 21 Tem 2025 13:59:00 83 0

Avropa Xəbər Agentlikləri Alyansının rəhbəri: Trend BİA dünya miqyasında müstəsna etimad qazanıb

Azərbaycanın ən böyük müstəqil xəbər agentliyi olan Trend BİA dünya miqyasında müstəsna etimad qazanıb.

Bu fikirləri Şuşada keçirilən III Qlobal Media Forumunda Avropa Xəbər Agentlikləri Alyansının (EANA) baş katibi Aleksandru Qiboy səsləndirib.

"Trend BİA dünya miqyasında müstəsna etimad sahibidir, geniş beynəlxalq əlaqələr yaradıb və Azərbaycanın hüdudlarından kənarda da etibarlı, peşəkar jurnalistika nümunəsi sərgiləyir," - Qiboy vurğulayıb.

O, bildirib ki, getdikcə daha geniş vüsət alan informasiya səs-küyü, dezinformasiya və manipulyasiya şəraitində məhz Trend kimi agentliklər etibarlı beynəlxalq informasiya mühitinin inkişaf etdirilməsini mümkün edir.

"Bu gün biz Balkan regionu və Mərkəzi Avropanın agentliklərini birləşdirən informasiya layihəsini həyata keçiririk. Məqsədimiz keyfiyyətli məzmun yaratmaqdır. Biz yoxlanılmış məlumatların və etibarlı mənbələrin dəyərini bildiyimiz üçün bu addımı atırıq. Trend də belə mənbələrdən biridir," - deyə A. Qiboy əlavə edib.