Trampın Putinlə bağlı mövqeyinin dəyişməsində onun rolu olub
Dünya 20 Tem 2025 16:56:00 144 0
ABŞ-ın sabiq prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə bağlı mövqeyinin dəyişməsində Almaniya kansleri Fridrix Merzin mühüm rol oynadığı iddia olunur.
Bu haberi de oku: Dəniz aslanı bir anda azyaşlı qızı suyu altına çəkdi
Son.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Yohan Vadeful açıqlama verib.
Nazir bildirib ki, Fridrix Merz Ukraynaya dəstəyini ilk gündən açıq şəkildə ifadə edib və bu mövqeyini G7 sammiti çərçivəsində Trampla təkbətək görüşlərində də davam etdirib.
"Fridrix Merz Oval kabinetdə olarkən Trampa açıq şəkildə bildirdi ki, ABŞ-ın dəstəyi bu gün Ukrayna üçün həyati əhəmiyyət daşıyır. O, sonradan Trampa birbaşa zəng edərək bu mövqeyini yenidən çatdırıb", - deyə Yohan Vadeful qeyd edib.