Bir gecədə Rusiya səmasında 122 PUA vuruldu
Digərləri 17 Tem 2025 13:41:00 89 0
Ötən gecə Ukraynadan buraxılan 122 pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.
Bu haberi de oku: Laçında baş vermiş meşə yanğınına görə 3 nəfər məsuliyyətə cəlb olunub BİRGƏ MƏLUMAT
Son.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib. Hücumlar nəticəsində Moskva da daxil olmaqla 12 region hədəf alınıb.
Ən çox hücum Bryansk (43 PUA) və Kursk (38 PUA) vilayətlərində qeydə alınıb. Oryol, Smolensk, Voronej, Belqorod, Moskva, Kaluqa, Krım, Leninqrad, Lipetsk və Tula vilayətlərində də PUA-lar zərərsizləşdirilib.
Voronejdə PUA fraqmentlərinin binaya düşməsi nəticəsində üç yeniyetmə xəsarət alıb, bir neçə mənzilə ziyan dəyib. Smolensk və Kaluqa vilayətlərində də yaralananlar var. Leninqraddakı Pulkovo hava limanı hücum səbəbindən müvəqqəti bağlanıb, lakin daha sonra fəaliyyətini bərpa edib.
Fidan Son.az