Mabel Matizin sevənlərinə qorxulu xəbər Virusa yoluxdu
Şou-biznes 17 Tem 2025 13:27:00 78 0
Türkiyəli məşhur müğənni Mabel Matizin COVID-19 testi müsbət çıxıb. O, 17-18 iyul tarixlərində Harbiye Açıq Səhnədə keçirilməsi planlaşdırılan və bütün biletləri satılmış konsertlərinin təxirə salındığını elan edib.
Bu haberi de oku: Azərbaycanlı müğənni bu məşhur həkimlə evli olub
Son.az xəbər verir ki, sosial media hesabında paylaşım edən sənətçi bildirib ki, COVID-19-a bağlı yuxarı tənəffüs yolları infeksiyası səbəbilə səhnəyə çıxması həkimlər tərəfindən məsləhət görülməyib: "Səhnəyə çıxıb sizə layiq olduğunuz konserti verə bilmədiyim üçün çox təəssüflənirəm", - deyə Matiz yazıb.
Konsertlər ləğv olunmayıb, sadəcə daha sonrakı tarixə təxirə salınıb. Yeni tarixlər Mabel Matizin rəsmi kanalları vasitəsilə açıqlanacaq.
Kaynak: milli.az