Məşhur türkiyəli aktyor vəfat etdi
Şou-biznes 18 Tem 2025 00:31:00 74 0
"Deli Yürek", "Böyle mi Olacaktı" və "Çarli İş Başında" kimi 90-cı və 2000-ci illərin sevilən seriallarında rol almış aktyor Mehmet Ali Tuncer vəfat edib.
Bu haberi de oku: Kıvanç Tatlıtuğ necə kəşf edildi?
Son.az xəbər verir ki, bu barədə türk mediasında məlumat yayılıb.
Sənətçi 57 yaşında ürək tutmasından dünyasını dəyişib. Sənətçinin vəfatı ilə bağlı AA müxbirinə açıqlama verən iş adamı Əkrəm Tuncer, əmisi Mehmet Ali Tuncerin ürək problemi olduğunu və bir müddətdir müalicə aldığını bildirərək, bu gün ürək tutmasından vəfat etdiyini deyib.
Mehmet Ali Tuncer kim idi? Mehmet Ali Tuncer, 1968-ci ildə İstanbulda dünyaya gəlib. 1985-ci ildə Ulvi Alacakaptan, Hasan Nail Canat, Hüseyin Goncagül və İbrahim Sadri ilə birlikdə teatr fəaliyyətinə başlayıb.