"Kurtlar Vadisi"nin aktyoru küçədə aş bişirib satır


Şou-biznes 17 Tem 2025 19:44:00 74 0

"Kurtlar Vadisi"nin aktyoru küçədə aş bişirib satır

Volkan Başaran aktyorluqdan ayrıldığını açıqlayıb. O, indi Bakırköy küçələrində səyyar plov satıcısı kimi fəaliyyət göstərir.

Son.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Kolpaçino" film seriyasındakı "On nömrə namaz qılaram" replikası ilə yadda qalan Volkan Başaran sonradan "Kurtlar Vadisi", "Quruluş Osman" kimi layihələrdə də rol alıb.

Lakin Başaran aktyorluq karyerasını başa vuraraq gözlənilməz bir qərarla tamamilə fərqli bir sahəyə yönəlib.

Keçmiş aktyor, Bakırköy küçələrində qurduğu plov arabasında satış etməyə başlayıb.

Onun plov satarkən çəkilən görüntüləri qısa zamanda sosial mediada yayılaraq viral olub.

Keçmiş aktyora izləyicilərdən "Allah bol qazanc versin. Halal çörək pulu olsun" kimi şərhlər gəlib. Lalə Qüdrətova Son.az