Beyonsenin konsertində izdiham Yaralananlar var
Şou-biznes 17 Tem 2025 16:25:00 91 0
Amerikalı müğənni Beyonsun "Kovboy Karter" adlı konsertindən sonra Atlantadakı Vine City MARTA stansiyasında eskalatorun qəfil nasazlığı nəticəsində bədbəxt hadisə yaşanıb.
Bu haberi de oku: "Artıq bacılarım evimə gəlmirlər"
Son.az xəbər verir ki, hadisə gecə yarısından sonra baş verib.
Şahidlərin bildirdiyinə görə, eskalator qəfildən sürətlənərək sonra dayanıb və bu da insanların bir-birinin üstünə yıxılmasına səbəb olub. Baş verən izdihamda 9 nəfər xəsarət alıb.
İzdiham nəticəsində bir nəfərin ayaq biləyi sınıb, yeddi nəfər kəsik və əzilmələrlə xəstəxanaya yerləşdirilib. Zərərçəkənlər arasında məktəblilər də olub.
Hadisə ilə bağlı təşkilata qarşı tənqidlər səsləndirilib.
Fidan Son.az
Kaynak: milli.az