Kənan M.M.i məhkəməyə verir


Şou-biznes 17 Tem 2025 10:30:00 79 0

Kənan M.M.i məhkəməyə verir

"İctimai TV"nin əməkdaşı Aydın Muradov rejissor Kənan M.M.-dən polisə şikayət verib. 

Son.az xəbər verir ki, buna səbəb rejissorun onunla bağlı paylaşımı olub. 

Kənan Muradovun fotosunu yayımlayıb və ünvanına tənqidlər yazıb:

"Ölkədə hər büdcəyə uyğun yaltaq var. Bax, sənə bu lazım idi? Niyə arının yuvasına çöp soxursan? Hamınızın axırına çıxacağam. Nömrəm açıqdır. Sən və sənin kimilər adımı çəkməsin. Get, epizodlarını oyna və pulunu al qoy cibinə".

Aydın Muradov isə onun statuslarını yayımlayaraq məhkəməyə müraciət edəcəyini bildirib:

"Kənan Mahmudov, (Azərbaycan Respublikasının Konstitusiyanın 32-ci maddəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 155, 156 ,156.1 156.2 maddələrini əsas tutaraq) hüquqlarımı pozaraq şəklimi məndən icazəsiz paylaşmağınız, şərəf və ləyaqətimi alçadmağınız sizi və paylaşımınıza şərh yazanları qanun çərçivəsində cavab vermələri üçün addım atmağa məni vadar elədi.