Ayşənin qətli ilə bağlı YENİ DETALLAR Cemil izi itirmək üçün külli miqdarda pul verib


Digərləri 16 Tem 2025 13:12:00 62 0

Ayşənin qətli ilə bağlı YENİ DETALLAR  Cemil izi itirmək üçün külli miqdarda pul verib

İstanbulun Eyüpsultan bölgəsində cəsədi çamadanda tapılan 22 yaşlı tibb tələbəsi Ayşə Tokyazın qətli ilə bağlı yeni təfərrüatlar məlum olub.

Bu haberi de oku: "Faladdin" həbs olundu FOTO

Son.az yerli mətbuata istinadən xəbər verir ki, Ayşənin keçmiş sevgilisi, keçmiş polis əməkdaşı Cemil Koç tərəfindən qətlə yetirildiyi, daha sonra isə cəsəddən qurtulmaq üçün bir taksi sürücüsü ilə 500 min lirəyə (təqribən 21000 azn) razılaşdığı üzə çıxıb.

Saxlanılan taksi sürücüsü N.E. ifadəsində, avtomobildə cəsəd olduğunu bilmədiyini, maddi ehtiyac səbəbilə Koçun təklifini qəbul etdiyini deyib: "Mən çamadanda cəsəd olduğunu bilmirdim. Yalnız saxlanıldıqdan sonra çamadanda cəsəd olduğunu öyrəndim. Öldürməyə yardım etməmişəm. Cəsəd olduğunu bilsəydim, qəbul etməzdim".

Əkiz bacısı itkin düşməsi ilə bağlı müraciət etmişdi

Ayşənin əkiz bacısı Esra Tokyaz ondan xəbər ala bilmədikdən sonra itkin düşməsi ilə bağlı polisə müraciət edib. Ailə üzvlərinin şübhələri əsasən sevgilisi Cemil Koç üzərində cəmləşib. Nəticədə Ayşənin parçalanmış vəziyyətdəki cəsədi çamadanda tapılıb.

Başına küt alətlə vurulub, ev qırmızıya boyanıb

Polisin araşdırmalarına görə, Ayşə evdə başına küt alətlə vurularaq qətlə yetirilib. C.K. cəsədi çamadana yerləşdirərək başqa bir şəxslə birlikdə evdən çıxarıb və Eyüpsultanda yol kənarına atıb. Daha sonra cinayət izlərini gizlətmək məqsədilə evin divarlarını gecə vaxtı qırmızı rəngə boyadığı məlum olub. Evin açarını təmizlik işçisinə göndərərək qan izlərini sildirməyə çalışıb.