"Faladdin" həbs olundu FOTO
Digərləri 16 Tem 2025 13:08:00 61 0
İstanbul Respublika Prokurorluğu "Faləddin" və "Binnaz" adlı məşhur mobil proqram və internet saytlarının qurucusu Sertaç Taşdelen barəsində həbs qətimkan tədbiri seçib.
Bu haberi de oku: Temperatur daha da artacaq Küləyə aldanmayın
Milil.Az xəbər verir ki, Taşdelenə qarşı irəli sürülən ittihamlar cinayət yolu ilə əldə edilmiş gəlirləri xaricə daşımaq və qeyri-qanuni xidmətlər vasitəsilə gəlir əldə etməkdir.
Maliyyə Cinayətlərini Araşdırma Şurası (MASAK) tərəfindən hazırlanan hesabatda göstərilir ki, Taşdelenin idarə etdiyi platformalar vasitəsilə falçılıq, astrologiya, spiritizm, ulduz xəritələri kimi müxtəlif ödənişli xidmətlər təklif olunub. Ekspertiza və Ticarət Nazirliyinin Reklam Şurasının rəyinə əsasən, bu fəaliyyətlər nəticəsində cinayət tərkibli gəlirlər əldə olunub və həmin vəsaitlər xaricə köçürülüb.