Bu çanta 10 milyona satıldı FOTO


Şou-biznes 11 Tem 2025 19:48:00 70 0

Bu çanta 10 milyona satıldı  FOTO

Fransalı müğənni və aktrisa Ceyn Birkinə məxsus olan ilk "Hermès Birkin" çantası "Sotheby's" hərracında 10,1 milyon avroya satılaraq yeni rekorda imza atıb.

Son.az xəbər verir ki, hərracın start qiyməti 1,7 milyon avro olub. Çanta uğrunda 9 kolleksiyaçı mübarizə aparıb və sonda onu Yaponiyadan olan kolleksiyaçı əldə edib.

Hərrac evi bildirib ki, bu satış lüks çantalar tarixində ən yüksək məbləğ hesab olunur. Əvvəlki rekord 2021-ci ildə satılan "Hermès White Himalaya Niloticus Crocodile Diamond Retourne Kelly 28" modelinə məxsus idi - həmin çanta 513 min dollara alıcı tapmışdı.