Türkiyədə Cennifer Lopez üçün "saray" hazırlandı FOTO
Şou-biznes 11 Tem 2025 18:48:00 112 0
Dünyaca məşhur ulduz Cennifer Lopez iyulun 23-də Antalyada konsert verəcək.
Bu haberi de oku: "Tamaşaçılar dünyanı dağıtdı ki, sənin kimi adamın yanında..."
Son.az xəbər verir ki, konsert öncəsi rəqqasları ilə intensiv məşqlər edən sənətçi bu dəfə qeyri-adi bir məkanda - mağara dizaynlı 3500 kvadratmetrlik xüsusi otaqda qalacaq.
Lüks məkanda 6 geyinmə otağı, sauna, şəxsi kinoteatr, hovuz üstü bar və Lopez üçün xüsusi hazırlanmış tekstil məhsulları yer alır. Məkan eyni anda 14 nəfəri qəbul edə biləcək və ulduzun rahatlığı üçün tam fərdi şəkildə dizayn olunub.
Sənətçinin adının baş hərfləri digər tekstil məhsullarına xüsusi olaraq işlənib və bu, məkanın tam fərdi və prestijli şəkildə dizayn edildiyini sübut edir.
Cennifer Lopez-in qaldığı yerin hər detalı onun zövqünə uyğunlaşdırılıb və sənətçiyə konsert öncəsi tam istirahət və hazırlıq imkanı yaradılıb.