Acunun 22 milyon borcu var
Şou-biznes 12 Tem 2025 19:24:00 80 0
Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.
Bu haberi de oku: Məşhur aktyorun lüks villası yandı FOTO
Son.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu "Acun Medya UK Limited" adlı şirkət son illərdə xərclərini ödəməkdə çətinlik çəkir. Böyük Britaniyada yayımlanan "Survivor UK" və digər layihələrlə əlaqəli xərclərin yüksək olması şirkətin maliyyə tarazlığını pozub. İddialara görə, şirkət bu səbəbdən 22 milyon funt sterlinqdən çox borca düşüb.
Bəzi mənbələr bu borcun əsas səbəblərindən birinin yüksək istehsal xərcləri və reklam gəlirlərinin gözlənilənin altında qalması olduğunu bildirir. Acun İlıcalı məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.