60 yaşında ərə gedir


Şou-biznes 10 Tem 2025 23:40:00 60 0

60 yaşında ərə gedir

60 yaşlı supermodel Paulina Porizkova ərə gedir.

Məşhur amerikalı supermodel, aktrisa və yazıçı Paulina Porizkova evlənəcəyini açıqlayıb. Çex əsilli 60 yaşlı ulduz bu xəbəri 1,2 milyon izləyicisi olan Instagram səhifəsində paylaşdığı videoda bildirib.

Model videoda 62 yaşlı ssenarist və rejissor Jeff Greenstein ilə birlikdə avtomobildə əyləşib. Kadrlarda Porizkova barmağında iri gümüş nişan üzüyünü göstərir. Videonun üzərinə isə "O, təklif etdi" - sözlərini yazıb.