"Həmin Zaur" verilişi yayımlanmayacaq


Şou-biznes 10 Tem 2025 10:21:00 93 0

"Həmin Zaur" verilişi yayımlanmayacaq

Aparıcı Zaur Kamal bu ayın sonunda tamaşaçılarla sağollaşacağını bildirib.

Son.az xəbər verir ki, o, "Həmin Zaur" verilişinin mövsüm finalına gedəcəyini deyib:

"Ayın sonuna qədər oğlum Bartu ilə birlikdə iş başında olacağıq. Sonra mövsüm hazırlığına gedəcəyik. Yeni mövsüm yəqin ki, sentyabrın əvvəlində olacaq. Hələ dəqiq bilmirik. Amma 1 ay istirahət edəcəyik".