"Birdən sudurqası tutub, ağzıüstə suya yıxılıb"
Şou-biznes 11 Tem 2025 12:20:00 73 0
" Uşaq da elə bilib atası zarafat edir"
Bu haberi de oku: Təkcə saçının boyanmasına 134 min xərclənib... FOTO
Əməkdar artist Vasif Məhərrəmli bir neçə gün əvvəl Türkiyədə istirahətdə vaxtı vəfat edən bəstəkar Ruslan Əhmədoğludan danışıb.
Son.az xəbər verir ki, sənətçi efirlərin birində bəstəkarın dənizə yıxılaraq vəfat etdiyini deyib:
"Ruslanın ölümü faciəli oldu. Ayın 3-də gecə səfərə gedirdi, danışdıq. Dedi, bilet almışam, 4 gecəlik Antalyada ən gözəl hotelə gedirəm. Uşağı ilə dənizdə olub. Telefon otaqda qaldığı üçün həyat yoldaşı gedib onu götürsün. Deyirdi sudurqam var. Birdən sudurqası tutub və ağzıüstə suya yıxılıb. Uşaq da elə bilib atası zarafat edir. Amma su dərin olmayıb, dayaz imiş".