“Gmail” bildirişləri indi daha funksional olacaq – “Android” üçün yenilik


Digərləri 01 Tem 2025 12:00:00 66 0

“Gmail” bildirişləri indi daha funksional olacaq – “Android” üçün yenilik

"Google", "Android" istifadəçilərinin "Gmail" təcrübəsini yaxşılaşdıracaq faydalı bir yenilik üzərində işləyir.

Son.az xəbər verir ki, artıq "Gmail" bildirişlərinə "Oxunmuş kimi işarələ" düyməsi əlavə olunur.

İndiyədək "Android"də yalnız "Sil" və "Cavab ver" seçimləri mövcud idi. Yeni funksiya sayəsində istifadəçilər gələn bildirişləri birbaşa oxunmuş kimi qeyd edə biləcəklər, bunun üçün tətbiqi açmağa ehtiyac qalmayacaq.

Yeni funksiya hələ bütün istifadəçilər üçün aktiv deyil. Görünür, "Google" bu xüsusiyyəti məhdud sayda istifadəçi üzərində sınaqdan keçirir.

Qeyd edək ki, bu funksiya artıq uzun müddətdir "iOS" platformasında mövcuddur.

İlqar Şabanov Son.az