Marketdə "qorxu dolu" anlar Qutunun hərəkət etdiyini görən kişi "dəli oldu"


Digərləri 01 Tem 2025 12:11:00 84 0

Marketdə "qorxu dolu" anlar  Qutunun hərəkət etdiyini görən kişi "dəli oldu"

Türkiyədə marketlərin birində qəribə anlar yaşanıb. Market sahibi yanındakı qutunun birdən-birə hərəkət etdiyini görərək böyük panikaya düşüb. Lakin qutunun içində hərəkətə səbəb olanın pişik olduğu məlum olub.

Son.az xəbər verir ki, hadisə anı təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Videoda market sahibinin təəccübü və çaşqınlığı açıq görünür. Pişiyin bu sürpriz hərəkəti marketdə gözlənilməz anlar yaşadıb.

Hadisənin təhlükəsizlik kameralarına düşməsi sosial şəbəkələrdə maraqla qarşılanıb və izləyicilər tərəfindən paylaşılaraq böyük diqqət toplayıb.