Rusiyada qətlə yetirilən qardaşlar işgəncələrə məruz qalıblar RƏSMİ AÇIQLAMA


Digərləri 01 Tem 2025 11:42:00 67 0

Rusiyada qətlə yetirilən qardaşlar işgəncələrə məruz qalıblar  RƏSMİ AÇIQLAMA

Yekaterinburqda öldürülən Səfərov qardaşlarının cəsədlərinin ekspertiza nəticələrinə görə, sözügedən şəxslər işgəncələrə məruz qalıblar.

Bu haberi de oku: Yenidən eskpertiza olacaq

Trend xəbər verir ki, bunu Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı ekspertizanın nəticələrinə dair mətbuat konfransında Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin baş direktoru Ədalət Həsənov deyib.

Onun sözlərinə görə, gecə yarısı müayinə başa çatıb.

"Meyitləri müayinə etməmişdən əvvəl ölüm haqqında şəhadətnamələr bizə təqdim olundu. Şəhadətnaməyə əsasən böyük qardaşın ölüm səbəbi travma göstərilib. Amma kiçik qardaşda ürəktutması qeyd olunub".

"Qeyd olunub ki, kim tərəfindən öldürülməsi ilə bağlı məlumat yoxdur. Hüseyn Səfərovun meyiti müayinə edərkən çoxlu sayda travma aşkar olundu:"Döş qəfəsi deformasiyaya uğrayıb, üst və alt dodaqların selikli qişasında qançırlar, alnın sol və sağ qaşüstü nahiyəsində cızıqlar, yuxarı ətraflarda əllərin arxa səthində qançılar, xayalarda qançırlar, sol budun iç səthinin zolaq şəkilli sıyrığı qeydə alınıb".