"Neçə adama torbatorba pul verdi"
Şou-biznes 30 Haz 2025 22:00:00 60 0
"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".
Bu haberi de oku: "Hər şeyimi itirdim, məndən nə istəyirsiniz?"
Son.az xəbər verir ki, bu sözləri Əməkdar artist Qorxmaz Əlilican "Bir gün" proqramında deyib. Şoumen həyatındakı çətinliklərdən danışıb:
"Amma zərimiz çoxdur, zərgərimiz yoxdur. Bizə dəyər verən rejissorlar tapılmadı. Rejissorlar deyir ki, aktyor mənim "qapazaltım" olsun. Allahverdi Yolçuyevin pulu oldu, evini düzəltdirdi. Mən isə 2-3 otaqlı evdə qalmışam. Vaxtında torba-torba pul paylayırdım. Əvəzini güdməmişəm. Qazancımı paylamağı xoşlamışam. Neçə adamın qızını ərə verib, cehizini vermişəm. Oğlunu evləndirmişəm, qəbrinin üstünü götürmüşəm".